İyulun 1-i saat 11:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisinin əksər yerlərində şimşək çaxır, arabir yağış yağır. Bəzi yerlərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub. Şahdağın 3500 metrdən yüksəklikdə yerləşən ərazilərinə qar yağması müşahidə edilir.
Düşən yağıntının miqdarı (mm): Şəkidə 46, Oğuzda 36, Göyçayda 20, Ağdamda 16, Qəbələdə 15, Qaxda 13, Yevlaxda 12, Mingəçevirdə 10, Xızıda 8, Zaqatala və Kürdəmirdə 7, Gədəbəydə 7, Goranboy, Şahdağ, Şamaxıda 6, Xaltan və Tərtərdə 5, Lənkəran, Qobustan, Xınalıq, Balakən, Göygöldə 4, Ağstafa, Qrız, Astara, İmişlidə 3, Bakı və Abşeron yarımadasında, Bərdə, Zərdab, Şəmkir, Tovuz, Cəbrayıl, Daşkəsəndə 2, Naftalan, Quba, Qusar, Beyləqan, Sabirabad, Kürdəmir, Biləsuvar, Lerik, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm.












