Bond.az White LogoBond.az Black Logo

FHN küləkli hava ilə bağlı xəbərdarlıq etdi

FHN küləkli və yağıntılı hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. Təhlükəsizlik qaydaları və xəbərdarlıqlar.

Zemfira Rəsulova
Müəllif:Zemfira Rəsulova- Senior Editor
|
0

Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Sabah gündüzədək bəzi ərazilərdə arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.

Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, güclü küləkli havada dənizə girmək təhlükəlidir. Kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

İntensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

İldırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Digər Xəbərlər
Bu gün / 02:01
|
394

Psixoloq: 1 həftəlik məzuniyyət tükənməyə çarə deyil

Psixoloq Dmitri Yaqudi məzuniyyətin optimal müddətini açıqladı: 1 həftə azdır, 2-3 həftə tam bərpa üçün idealdır.

0
Dünən / 20:31
|
625

Cəlilabadın bəzi kəndlərində işıq olmayacaq

Cəlilabadın Edişə, Ləkin, Şatırlı və digər kəndlərində sabah saat 10:00-13:00 arası elektrik kəsiləcək. Təmir işlərindən sonra keyfiyyətli enerji təmin olunacaq.

0
Dünən / 20:01
|
498

Bakıda bu gün işıq olmayacaq

Bakının Yasamal və Nizami rayonlarında iyunun 23-də elektrik enerjisində fasilə olacaq. Təmir işləri saat 10:00-dan 13:00-dək davam edəcək.

0
Dünən / 18:31
|
865

Nazir monitorinq suallarının yığılmasını izah etdi

Elm və təhsil naziri Emin Əmrullayev monitorinq imtahanlarında sual kitabçalarının yığılmasının səbəbini izah edib.

0
Dünən / 16:32
|
526

Repetitorluğu ləğv etmək mümkün deyil - Nazir

Təhsil naziri Emin Əmrullayev repetitorluğun ləğvinin mümkünsüzlüyünü açıqlayıb.

0
Dünən / 16:30
|
329

Mərdəkanda dənizdə batan 3 nəfərin meyiti tapıldı

Mərdəkanda dənizdə batan üç nəfərin meyiti tapıldı. Dördüncü şəxsin axtarışları davam edir. FHN məlumat yayıb.

0
Dünən / 15:32
|
976

126 və 206 nömrəli marşrutların istiqaməti dəyişir

126 və 206 nömrəli müntəzəm marşrutların hərəkət istiqaməti Lökbatandakı təmir işləri səbəbindən müvəqqəti dəyişdirilib. Yeni marşrut haqqında ətraflı məlumat.

0
Dünən / 15:00
|
971

Öldürülən oğlanın anası detalları açıqladı

Mingəçevirdə qətl: 35 yaşlı Tural döyülərək öldürüldü, anası Gülsəba Bayramova detalları açıqladı.

0
Dünən / 14:31
|
439

Mərdəkanda batan gənclərin yarımçıq süfrəsi

Mərdəkanda dənizdə batan dörd gəncin yarımçıq qalan süfrəsi və hadisə yerindən ürəkdağlayan görüntülər.

0
Dünən / 14:02
|
524

Universitetlər Bakıdan köçürülmür, tələbə sayı azalacaq

Elm və təhsil naziri Emin Əmrullayev Bakıdakı universitetlərin köçürülməyəcəyini, tələbə sayının azaldılaraq keyfiyyətin artırılacağını açıqlayıb.

0
Dünən / 13:01
|
680

"Olivia" yoxlamaya mane oldu: FHN protokol tərtib etdi

"Olivia" mağazalar şəbəkəsi yoxlamaya mane olduğu üçün FHN protokol tərtib edib. İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə cərimə nəzərdə tutulur.

0
Dünən / 12:32
|
520

Bakıda mərkəzi küçə təhlükəli vəziyyətdə

Bakının Nərimanov rayonundakı Əhməd Rəcəbli küçəsində yol çökmələri sürücülər üçün təhlükə yaradır. Təmirə baxmayaraq yenidən deformasiya.

0
...
FHN küləkli hava ilə bağlı xəbərdarlıq etdi | Bond.az