Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxs məhkum edilib.
Məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan Hyundai Sonata avtomobilini satmaq adı ilə tanışını aldadıb. O, 2 650 manat pulu ələ keçirib. Avtomobilin kredit borcunu bəhanə edərək əlavə 2 600 manat da alıb.
İstintaqla məlum olub ki, avtomobil icarəyə götürülüb. Təqsirləndirilən pulu şəxsi ehtiyaclarına xərcləyib. Zərərçəkmiş avtomobili sahibinə qaytarıb.
İkinci epizodda təqsirləndirilən Hyundai Tucson sahibini aldadıb. O, pulunun çatışmadığını, qalan məbləği qayınanasından alacağını deyərək avtomobili lombarda girov qoydurub. 10 min manatı alıb qaçıb.
Ümumi ziyan 12 650 manatdır. Məhkəmə onu 1 il 9 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib. Həbsdə keçirdiyi müddət çıxılmaqla qəti cəzası 1 il 3 ay 6 gündür.












