Gecə saatlarında yağan güclü yağış Şəkinin Cunud kəndində ciddi problemlərə səbəb olub.
Kənd ərazisindən axan çayda suyun səviyyəsi qalxıb və keçid dağılıb.
Bu səbəbdən kəndin şəhər və ətraf kəndlərlə əlaqəsi tamamilə kəsilib.
Hazırda kənddə elektrik enerjisində də fasilələr yaşanır.












