Bakının Həsən Əliyev küçəsində nəqliyyat vasitələri üçün xüsusi minib-düşmə yeri yaradılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Mövcud parklanma yerinin bir hissəsi ləğv edilərək, yaxınlıqdakı sosial xidmət və tibb müəssisələrinə gələn vətəndaşlar üçün əlavə şərait yaradılıb.
Ərazidə "Durmaq qadağandır" və "Minik taksilərinin duracaq yeri" nişanları quraşdırılıb.












