BMT rəsmisi Anna Soave bildirib ki, havanın çirklənməsi dünyada ikinci əsas ölüm səbəbidir. "State of Global Air 2024" hesabatına görə, bu, ağciyərləri inkişaf etməmiş 5 yaşdan kiçik uşaqlar üçün xüsusilə təhlükəlidir.
ÜST məlumatına görə, hər il 7 milyon insan hava çirklənməsindən vaxtından əvvəl ölür. Bunun 89%-i aşağı və orta gəlirli ölkələrdə baş verir. Bu rəqəm malyariya, vərəm və QİÇS/HİV-dən ölənlərdən çoxdur.
UNICEF isə xəbərdarlıq edir ki, hər gün 2000-ə yaxın uşaq hava çirklənməsi səbəbindən ölür. Yaşlılar da tənəffüs və ürək-damar xəstəlikləri riski ilə üzləşir. Az gəlirli ailələr köhnə istilik sistemləri və sıx nəqliyyat yolları yaxınlığında yaşadığı üçün daha həssasdır.












