Yevlax rayonu, Qoyunbinəsi kənd sakini, 41 yaşlı müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) Rafiq Şöhrət oğlu Cəfərov vəfat edib.
Hərbçi təlim zamanı qəfil ürək dayanmasından dünyasını dəyişib.
Rafiq Cəfərov Vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak edərək igidlik göstərib. Ailəli olan hərbçinin iki övladı yadigar qalıb.












