Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik yaradılıb. Bu, IDEA İctimai Birliyinin yeddinci nümunəvi çimərliyidir.
5 hektar ərazidə yerləşən çimərlikdə xilasetmə məntəqələri, kölgəliklər, duş kabinələri, şezlonqlar və oyun meydançaları var.
Əlilliyi olan şəxslər üçün xüsusi yollar və panduslar inşa edilib. Giriş və bütün xidmətlər pulsuzdur.












