Bond.az White LogoBond.az Black Logo

İdarə etmədiyi maşına görə sürücülük hüququ məhdudlaşdırıldı

Bir il əvvəl işdən çıxan sürücünün ünvanına başqasının idarə etdiyi avtomobilə aid cərimələr gəlir. Sürücülük hüququ məhdudlaşdırılan vətəndaş həll yolu axtarır.

Rasim Bayramov
Müəllif:Rasim Bayramov- Senior Editor
|
0

Bir il əvvəl işdən çıxan vətəndaşın ünvanına əvvəllər idarə etdiyi avtomobilə aid cərimələr gəlir. Vətəndaş bu səbəbdən sürücülük vəsiqəsindən məhrum olub.

Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, Abşeron rayonunun Xırdalan şəhərində kirayədə yaşayan sürücü İftixar Cəfərov iddia edir ki, bir il əvvəl taksi şirkətindən ayrılsa da, onun adına olan etibarnamə və sürücülük məlumatları sistemdən silinməyib. Nəticədə müxtəlif yol hərəkəti qaydaları pozuntularına görə yazılan cərimələr onun adına rəsmiləşdirilib.

Sürücü bildirir ki, başqasının idarə etdiyi avtomobilə görə tətbiq edilən cərimələr səbəbindən sürücülük vəsiqəsi 6 aylıq məhdudlaşdırılıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Mərkəzi İnformasiya Sistemində həmin şəxs sonuncu etibarnaməsi olan şəxs kimi görünür. Mövcud qanunvericiliyə uyğun olaraq elektron formada tərtib olunan protokol sonuncu etibarnamə verilmiş şəxs barəsində tərtib edilir. Adına rəsmiləşdirilmiş elektron protokolun dəyişdirilməsi üçün isə həmin şəxs avtomobili faktiki idarə edən şəxslə birlikdə müraciət etməlidir. Bu halda Mərkəzi İnformasiya Sistemində müvafiq dəyişiklik aparıla bilər.

Digər Xəbərlər
2026-07-05 20:31
|
371

SOCAR-ın Ukrayna YDM-sinə dron zərbəsi

Rusiya SOCAR-ın Ukrayna Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirdi. Xəsarət alan yoxdur.

0
2026-07-05 20:30
|
885

Bakıda bina sakinləri ölüm qorxusu ilə yaşayır

Bakıda Nəsimi rayonunda bina sakinləri qəzalı evdə ölüm qorxusu ilə yaşayır. Tavan və döşəmə çökmək üzrə, divarlarda çatlar var.

0
2026-07-05 20:02
|
581

Ağdam faciəsi: 3 nəfər boğuldu

Ağdamda ailənin 3 üzvü su anbarında boğulub. Faciə avqust ayında baş verib.

0
2026-07-05 19:01
|
956

Sürücülük vəsiqəsi üçün tibbi arayış 60 gün oldu

Azərbaycanda sürücülük vəsiqəsi üçün tibbi arayışın etibarlılıq müddəti 30 gündən 60 günə qaldırıldı. Yeni qərar TƏBİB tərəfindən təsdiqlənib.

0
2026-07-05 18:32
|
622

Köhnə su sayğacları tarixə qovuşur

Azərbaycanda köhnə su sayğacları uzaqdan oxunan yeni nəsil texnologiyalarla əvəz olunur. Su itkiləri azalacaq, rəqəmsal idarəetmə güclənəcək.

0
2026-07-05 16:03
|
468

Cəlilabadda unikal daş kürə tapıldı

Cəlilabadda Cənubi Qafqazda analoqu olmayan Neolit dövrünə aid sferik daş kürə aşkar edilib. Tapıntı Paşatəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılıb.

0
2026-07-05 16:02
|
968

Hövsandakı palçıq təhlükəsi: həkim xəbərdarlığı

Hövsandakı palçığın təhlükələrini həkim açıqlayır. Mütləq tibbi müayinə olmadan palçıq müalicəsi risk yarada bilər.

0
2026-07-05 15:00
|
602

Satılmayan avtomobillər: Bazar durğunluqda

Avtomobil bazarında həftələrlə satılmayan avtomobillər və durğunluq səbəbləri. Elektrik avtomobillərə keçid trendi.

0
2026-07-05 14:01
|
423

Sabirabadda piyada avtomobil vurması nəticəsində öldü

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. M.S. Ordubadi küçəsində "Mercedes" avtomobil piyadanı vurub.

0
2026-07-05 14:00
|
832

Tibb mərkəzində işçi qalmaqalı: Kameradan qaçdılar

Nizami Tibb Mərkəzində işçi qalmaqalı: işdən məcburi çıxma iddiası, hüquqşünas rəyi və Dövlət Müfəttişliyinin araşdırması.

0
2026-07-05 13:02
|
915

Telefon diqqəti ölümə səbəb oldu - İsmayıllı qəzası

İsmayıllıda sürücünün telefon diqqəti nəticəsində baş verən ölümlü qəzanın təfərrüatı: 2 nəfər öldü, 1 nəfər yaralandı.

0
2026-07-05 13:01
|
258

Uşaq telefon əlindən alınanda əsəbiləşirsə, diqqət!

Kibertəhlükəsizlik eksperti Mehman İsgəndərov uşaqların sosial şəbəkə istifadəsi, yaş məhdudiyyəti və valideyn nəzarəti barədə açıqlama verib.

0
...
İdarə etmədiyi maşına görə sürücülük hüququ məhdudlaşdırıldı | Bond.az