Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi hazırda müzakirə mərhələsindədir.
Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov Bakı Şəhərsalma Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransda məlumat verib.
Onun sözlərinə görə, ilk dövlət proqramının icra müddəti bu il başa çatır. Genişmiqyaslı yenidənqurma və bərpa işləri davam edir.











