I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdi üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb.
Məlumata görə, ümumilikdə 60 255 abituriyent qeydiyyatdan keçib. Onlardan 18 775-i I, 16 884-ü II, 20 286-sı III, 4 310-u IV ixtisas qrupu üzrə imtahana qatılacaq.
Qeydiyyatdan keçənlərin 53 231-i Azərbaycan bölməsi, 7 024-ü isə rus bölməsi üzrə imtahanda iştirak edəcək.
İmtahanda iştirak üçün qeydiyyat iyunun 1-dən başlayıb və iyunun 8-də saat 23:59-da sonlanacaq.












