Dövlət İmtahan Mərkəzi 24 may 2026-cı il tarixində keçirilmiş II və III ixtisas qrupları üzrə qəbul imtahanının düzgün cavablarını və izahlarını açıqlayıb.
Oxu.Az-ın məlumatına görə, imtahan iştirakçıları, valideynlər, müəllimlər və ekspertlər bütün test tapşırıqlarının izahını, eləcə də qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını müvafiq keçidlərdən əldə edə bilərlər.
Yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt apardığı üçün nəticələrin 3 həftədən sonra elan olunması gözlənilir.












