İsmayıllıda güclü külək fəsadlara səbəb olub. Güclü külək səbəbindən rayonun bir neçə yerində irigövdəli ağaclar aşıb.
Aşan ağaclar uşaq bağçasının həyətinə və transformatorun üzərinə düşüb. Nəticədə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Hazırda aidiyyəti qurumun texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub. Fəsadların aradan qaldırılması istiqamətində işlər davam edir.












