İtmiş əşyanı sahibinə qaytarmaq ən ali insani əməllərdəndir. Bəs qanun bu mövzuda nə deyir?
Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu itmiş əşyanı qaytararkən bəxşiş tələb etməklə bağlıdır.
Məsələ Mülki Məcəllə ilə tənzimlənir. Sənədin 183.3-cü maddəsinə görə, əşyanın sahibi tapılmış malı qəbul edərsə, tapan şəxs əşyanın dəyərinin 5%-ə qədər bəxşiş tələb edə bilər.
Bundan əlavə, tapan şəxs sahibdən əşyanın saxlanması xərclərini də tələb edə bilər. Lakin tapan şəxs tapıntını gizlətməyə cəhd göstərmişsə, bəxşiş hüququnu itirir.












