İyulun 1-də hava şəraiti açıqlanıb. Bakıda və Abşeronda dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə bəzi yerlərdə qısamüddətli yağış ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21°, gündüz 26-31° təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 65-70%, gündüz 40-45% olacaq.
Rayonlarda bəzi yerlərdə arabir yağış gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv yağıntı, şimşək, dolu ola bilər. Axşama doğru yağıntılar kəsiləcək. Dağlıq ərazilərdə gecə duman olacaq. Şərq küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 17-21°, gündüz 28-33°, dağlarda gecə 8-13°, gündüz 17-22° (bəzi yerlərdə 24-28°) olacaq.












