2027-ci ildə istifadəyə verilməsi planlaşdırılan Akademik Həsən Əliyev küçəsi - "Koroğlu" metro stansiyası avtomobil yolunda tikinti işlərinin dayandığı müşahidə olunur.
2025-ci ildə başlanan layihə çərçivəsində Keşlə bazarı da daxil olmaqla bir sıra obyektlər sökülüb. Lakin son aylar ərazidə nə texnika, nə də işçi qüvvəsi görünür.
AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, işlər mərhələli şəkildə aparılır: "Hazırda Rövşən Əliyev və Ələsgər Qayıbov küçələrindən Fətəli xan Xoyski küçəsi istiqamətində işlər davam edir. Digər ərazilərdə də qrafikə uyğun işlər planlaşdırılır."
Yolun ümumi uzunluğu 3 896 metr, hərəkət hissəsi altı zolaqlı olacaq. Həmçinin dörd tunel və üç yeraltı piyada keçidi tikiləcək.











