Bond.az White LogoBond.az Black Logo

Kiyev zirzəmisində 200 illik gecə

Kiyevdə 200 illik binanın zirzəmisində bombalanan gecə. Ukrayna cəbhəsindən real xatirələr, vətənpərvərlik paradoksu.

Qədir Seyidov
Müəllif:Qədir Seyidov- Senior Editor
|
0

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat idarəsinin əməkdaşı telefonda qulağıma təkrar edirdi: "Qarşıdakı gecə, ya da bu günlərdə yenə güclü zərbələr olacaq Kiyevə... Etinasız yanaşma həyəcan siqnallarına, yaşadığın yerdə sığınacaq yoxdursa, get metroda gecələ mütləq..."

Tamam başqa məsələyə görə zəng etməyimə baxmayaraq, o, daha çox bu barədə xəbərdarlıq edirdi. Sağollaşıb evə doğru yollandım. Axşam tərəfi idi. Yolboyu əlimdə telefonla sosial medianın yerli seqmentini vərəqləyirdim. Ukrayna Prezidenti Volodimir Zelenskinin də əhaliyə eyni məzmunda çağırışına rastladım. İnsanları həyəcan siqnalları eşidən kimi mütləq sığınacağa getməyə çağıran Zelenski bildirirdi ki, Rusiya növbəti kütləvi zərbələrə hazırlaşır.

Evə çatıb rahatlaşmaq istədim. Amma alınmırdı. Dörd ildən çoxdur ki, bu müharibəni yaşayıram. Ən xoşlamadığım hal əvvəlcədən xəbərdarlıq edilən hücumlar idi. Belə anlarda səksəkə daha çox adamı yorurdu. Gecə keçdi. Amma hava həyəcan siqnalları olmadı. "Yəqin bu gecədən keçdi" deyib yerimə uzanıb yuxulamaq istədim. Yuxuya getmişdim ki, gurultulu həyəcan siqnallarının, ardınca da partlayış səslərinə oyandım. Gecə 2 radələri idi...

Adətən belə vaxtlar heç nəyə baxmayaraq gecəni evdə yatmağı zirzəmidə oturmaqdan üstün tutsam da, partlayışlar, dron vuran pulemyotlar getdikcə o qədər yaxınlıqda eşidilməyə başladı ki, geyinib düşdüm aşağı. Sığınacaq qonşu binanın zirzəmisində idi. Bu binanın 200-ə yaxın yaşı vardı. Yaşlı nəslin sözlərinə görə, bu müharibəyə qədər sonuncu dəfə bu zirzəmidən 1943-cü ildə sovet qoşunları Kiyevə hücum edib şəhəri almanlardan geri alarkən istifadə edilib.

Zirzəmidə qonşular artıq yığışmışdı. Tanyuşa nənə: "Onda mən balaca uşaq idim, amma indiki kimi xatırlayıram..." dedi. Hamı rusca danışırdı. Birdən gecə saat 3-də 30-35 yaşlı bir qadın gəldi. O, ukraynaca: "Rus dilində niyə danışırsınız? Bu, düşmən dilidir, sizə ayıb deyil?" dedi. Qonşular irad bildirdi. Az sonra sakitləşdilər.

Mən qadının yanında oturdum. Ukrayna dilində soruşdum: "Sizi burada ilk dəfədir görürəm, yəqin təzə köçübsünüz." O dedi: "Mən burada doğulmuşam. Sadəcə müharibə başlayandan köçmüşəm Avropaya, iki gün idi bir sənəd arxasınca gəlmişdim." Mən də dedim: "Qonşulara Ukrayna dilində danışmadıqlarına görə elə irad bildirdiniz ki, elə bildim bütün müharibə boyu ölkəni tərk etməyib qalanlardansınız." Sonra yuxarı çıxdım. Səhər açılmışdı, zərbələr səngimişdi.

Yolboyu ötən gecəki paradoksu düşündüm. Avropaya köçən ukraynalılar ölkədə qalanlardan daha çox "vətənpərvərlik" nümayiş etdirirdi. Bir müddət keçdi. Peşəkar boksçu Aleksandr Usik Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşdü. Usik açıqladı: "Ukrayna hakimiyyəti qanı dayandırmaq üçün reallıqla hesablaşmalı, qarşı tərəflə danışıqlara oturmalıdır. Bizim hamımızın bir qanımız var və bunun rəngi qırmızıdır." Ukraynadakı istifadəçilər dəstəklədi, amma Avropadakı ukraynalılar Usiki linç etməyə başladı...

Mən isə qərara aldım ki, bu yazını yazım.

Mübariz Aslanov

Digər Xəbərlər
2026-07-05 20:31
|
371

SOCAR-ın Ukrayna YDM-sinə dron zərbəsi

Rusiya SOCAR-ın Ukrayna Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirdi. Xəsarət alan yoxdur.

0
2026-07-05 20:30
|
885

Bakıda bina sakinləri ölüm qorxusu ilə yaşayır

Bakıda Nəsimi rayonunda bina sakinləri qəzalı evdə ölüm qorxusu ilə yaşayır. Tavan və döşəmə çökmək üzrə, divarlarda çatlar var.

0
2026-07-05 20:02
|
581

Ağdam faciəsi: 3 nəfər boğuldu

Ağdamda ailənin 3 üzvü su anbarında boğulub. Faciə avqust ayında baş verib.

0
2026-07-05 19:01
|
956

Sürücülük vəsiqəsi üçün tibbi arayış 60 gün oldu

Azərbaycanda sürücülük vəsiqəsi üçün tibbi arayışın etibarlılıq müddəti 30 gündən 60 günə qaldırıldı. Yeni qərar TƏBİB tərəfindən təsdiqlənib.

0
2026-07-05 18:32
|
622

Köhnə su sayğacları tarixə qovuşur

Azərbaycanda köhnə su sayğacları uzaqdan oxunan yeni nəsil texnologiyalarla əvəz olunur. Su itkiləri azalacaq, rəqəmsal idarəetmə güclənəcək.

0
2026-07-05 16:03
|
468

Cəlilabadda unikal daş kürə tapıldı

Cəlilabadda Cənubi Qafqazda analoqu olmayan Neolit dövrünə aid sferik daş kürə aşkar edilib. Tapıntı Paşatəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılıb.

0
2026-07-05 16:02
|
968

Hövsandakı palçıq təhlükəsi: həkim xəbərdarlığı

Hövsandakı palçığın təhlükələrini həkim açıqlayır. Mütləq tibbi müayinə olmadan palçıq müalicəsi risk yarada bilər.

0
2026-07-05 15:00
|
602

Satılmayan avtomobillər: Bazar durğunluqda

Avtomobil bazarında həftələrlə satılmayan avtomobillər və durğunluq səbəbləri. Elektrik avtomobillərə keçid trendi.

0
2026-07-05 14:01
|
423

Sabirabadda piyada avtomobil vurması nəticəsində öldü

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. M.S. Ordubadi küçəsində "Mercedes" avtomobil piyadanı vurub.

0
2026-07-05 14:00
|
832

Tibb mərkəzində işçi qalmaqalı: Kameradan qaçdılar

Nizami Tibb Mərkəzində işçi qalmaqalı: işdən məcburi çıxma iddiası, hüquqşünas rəyi və Dövlət Müfəttişliyinin araşdırması.

0
2026-07-05 13:02
|
915

Telefon diqqəti ölümə səbəb oldu - İsmayıllı qəzası

İsmayıllıda sürücünün telefon diqqəti nəticəsində baş verən ölümlü qəzanın təfərrüatı: 2 nəfər öldü, 1 nəfər yaralandı.

0
2026-07-05 13:01
|
258

Uşaq telefon əlindən alınanda əsəbiləşirsə, diqqət!

Kibertəhlükəsizlik eksperti Mehman İsgəndərov uşaqların sosial şəbəkə istifadəsi, yaş məhdudiyyəti və valideyn nəzarəti barədə açıqlama verib.

0
...
Kiyev zirzəmisində 200 illik gecə | Bond.az