Torpaqlarımız işğal olunanda həyat yoldaşımla məcburi köçkün düşmüşdük. İndi övladlarım və nəvələrimlə geri qayıdıram.
Oxu.Az-ın məlumatına görə, bu sözləri Cəbrayıl rayonunun Şükürbəyli kəndinə qayıdan Sabir Bəbirov deyib.
O, Cəbrayıl rayonunda işlə təmin olunduğunu bildirib: "Uzun müddət köçəcəyimiz günü gözləyirdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Ölkə başçımız sayəsində bu günləri gördük."












