Kürdəmir rayonunda yaşıllıq ərazidə yanğın başlayıb. Alov sürətlə yayılır.
Sosial şəbəkələrdə yayılan görüntülərdə sıx qara tüstü havaya qalxır. Yanğın meşəlik sahədədir.
İlkin məlumata görə, ağaclar yanır. Hadisə ilə bağlı aidiyyəti quruma sorğu göndərilib.












