Baku TV-nin "Qapqara" verilişinin qonağı bloqer Mark Kim olub.
2005-ci ildə Azərbaycana ilk gəlişində yerli uşaqlarla futbol oynamaq üçün dili öyrəndiyini deyib: "Uşaqlarla futbol oynamaq üçün dili tez mənimsəməli idim. İlk olaraq söyüşləri öyrəndim, üç aydan sonra danışmağa başladım".
O, həmçinin Bakıda geyim tərzi ilə bağlı tənqidlərə məruz qaldığını bildirib: "Şortik geyindiyim üçün yaşlı kişilər mənə söz atırdı. İndi belə mövzular azalıb".












