Masallıda iki "Mercedes"in toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hadisə Masallı-Yardımlı yolunun Ərkivan qəsəbəsi ərazisində baş verib.
31 yaşlı Rusif Babayev idarə etdiyi "Mercedes"lə digər "Mercedes"lə toqquşub. Babayevin maşını yoldan çıxaraq beton dirəyə və ağaca çırpılıb. Sürücü hadisə yerində ölüb.
Yaralılar xəstəxanaya çatdırılsa da, Araz Məmmədzadə həkimlərin səyinə baxmayaraq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.











