Masallı rayonunun Ərkivan qəsəbəsində qaz xəttinin zədələnməsi səbəbindən bir hissəyə qaz verilişi dayandırılıb.
Lənkəran Regional Qaz İstismarı İdarəsi bildirib ki, hadisə iyunun 29-da saat 10:50-də qazıntı işləri zamanı baş verib.
Qəzanın nəticələrinin aradan qaldırılması üçün təhlükəsizlik tədbirləri görülür.












