Dövlət İmtahan Mərkəzi mayın 17-də keçirilən buraxılış imtahanlarının düzgün cavablarını açıqlayıb.
Ümumi orta təhsil səviyyəsi üzrə imtahanlarda istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları elan edilib. Cavabları DİM-in rəsmi saytından əldə edə bilərsiniz.
Hazırda imtahan materiallarının emalı davam edir. Nəticələrin yaxın dörd həftə ərzində açıqlanması gözlənilir.












