Bəzən şagirdlərin məktəbə telefon gətirməsi müzakirə olunur. Qanun nə deyir?
“Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”na görə, şagirdlər ağıllı saat və telefonları məktəbə gətirməməli, dərs zamanı istifadə etməməlidir.
Müəllimlər dərsdə elektron cihazlardan istifadəni planlaşdırarsa, ailələrə yazılı bildiriş verməli və cihazların təhlükəsiz saxlanmasını təmin etməlidir.
Valideyn təhlükəsizlik məqsədilə uşağa cihaz verərsə, məktəb dərs günü sonuna qədər onu təhlükəsiz saxlamalıdır. Dərs zamanı cihazlar şagirdlərə verilmir.












