Şamaxı rayon sakini Elçin Sadıqov "Mercedes Vito" idarə edərkən sürücülük hüququ məhdudlaşdırıldığı və çox sayda ödənilməyən cəriməsi olduğu üçün Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Qobustan stasionar postunda saxlanılıb.
BDYPİ-nin məlumatına görə, E.Sadıqov məsuliyyətdən yayınmaq üçün süni gərginlik yaradıb və postu tərk edib. Lakin tədbirlər nəticəsində saxlanılıb.
Barəsində inzibati materiallar məhkəməyə təqdim olunub və o, 20 gün müddətinə inzibati qaydada həbs edilib.
BDYPİ xatırladır: polisin qanuni tələblərinə əməl edilməsi hər kəsin vəzifəsidir. Əks halda hüquqi məsuliyyət yaranır.












