Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə batan dörd nəfərdən üçünün meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, dalğıc-xilasedicilər 2007-ci il təvəllüdlü Elmar İsa oğlu Əbdülovun meyitini sudan çıxarıb. Daha əvvəl 1991-ci il təvəllüdlü Namiq İsabala oğlu Əzimov və 2005-ci il təvəllüdlü Elnur İsa oğlu Əbdülovun meyitləri tapılmışdı.
2003-cü il təvəllüdlü Pərviz Zöhrab oğlu Məcidovun axtarışları davam edir.
Hadisə dənizdə nəzarətsiz ərazidə baş verib. Xilasetmə məntəqəsindən 3 km aralıda dörd nəfər batıb.












