Beyləqan Rayon Mərkəzi Xəstəxanasında kadr dəyişikliyi davam edir.
İnsan Resursları şöbəsinin müdiri Mətanət Qarayeva öz ərizəsi ilə vəzifəsindən ayrılıb.
Daha əvvəl direktor Bayram Muradov və direktor müavini Elnur Mahmudov da işdən çıxmışdılar.
Dəyişiklik yeni icraçı direktorun qərarı ilə baş verib.
Gözlənilir ki, kadr dəyişiklikləri davam edəcək.












