Bond.az White LogoBond.az Black Logo

Moldovada soydaşımız mer seçildi

Moldovada soydaşımız Ramiz Ansarov Orhey şəhərinin meri seçildi. Seçkinin ikinci turunda 58% səs qazandı.

Nərmin Vəliyeva
Müəllif:Nərmin Vəliyeva- Senior Editor
|
0

Moldovada yaşayan soydaşımız Ramiz Ansarov Orhey şəhərinin meri seçilib. Seçkinin ikinci turunda ilkin nəticələrə görə qalib gəlib.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ramiz Ansarov özü məlumat yayıb. Mayın 31-də keçirilən seçkinin ikinci turunda seçicilərin 58 faizindən çoxu onun lehinə səs verib.

Qeyd edək ki, mayın 17-də Orhey şəhəri meri seçkisinin birinci turunda Ramiz Ansarov ən çox səs toplayan namizəd olub.

1987-ci il aprelin 12-də Kişineuda anadan olan R.Ansarov əslən Qərbi Azərbaycandandır. Atası Barana (Noyemberyan) rayonunda doğulub böyüyüb. Ailəsi sonradan Bakıya köçüb. Dörd oğul atası olan R.Ansarov Moldovanın ictimai-siyasi həyatında fəaldır. O, həmçinin Moldova Azərbaycanlıları Konqresinin vitse-prezidenti kimi diasporun inkişafına töhfə verir.

Digər Xəbərlər
Bu gün / 22:00
|
915

Mark Kim Azərbaycan dilini necə öyrəndi?

Bloqer Mark Kim Azərbaycan dilini uşaqlarla futbol oynamaq üçün öyrəndiyini və geyim tərzi ilə bağlı tənqidlərə məruz qaldığını danışdı.

0
Bu gün / 19:01
|
503

Şamaxıda Ağsu çayı daşdı: Yollar bağlandı

Şamaxıda Ağsu çayının daşması nəticəsində yollar bağlanıb, nəqliyyat iflic olub.

0
Bu gün / 16:30
|
710

Bakıda sakinlərin kabus küçəsi

Bakının Sabunçu rayonunda Nikolay Baybakov küçəsi sakinləri yolun bərbad vəziyyətindən şikayətçidir. Təcili yardım tıxacda qalır.

0
Bu gün / 15:01
|
357

Xaricdə təhsil alanlara möhlət dəyişikliyi

Xaricdə təhsil alanlar üçün möhlət hüququnda dəyişikliklər gündəmdə. Səfərbərlik Xidməti rəisi Mürsəl İbrahimov yeni təklifləri açıqlayıb.

0
Bu gün / 14:32
|
946

Avtobus sürücüsü əks zolağa çıxıb: təhlükəli manevr

Bakıda avtobus sürücüsü əks zolağa çıxaraq təhlükəli manevr edib. Zığ şosesində baş verən hadisə ilə bağlı aidiyyəti quruma sorğu göndərilib.

0
Bu gün / 14:30
|
524

Sumqayıt sakinləri 21 ildir marşrut gözləyir

Sumqayıtın 76-cı məhəlləsində sakinlər 21 ildir marşrut xətti olmamasından şikayətlənir. Gündəlik 4 km piyada getmək məcburiyyətində qalırlar.

0
Bu gün / 14:03
|
565

500+ əməkdaş intizam məsuliyyətinə cəlb edildi

Səfərbərlik Xidmətinin rəisi son 3 ildə 500-dən çox əməkdaşın intizam məsuliyyətinə cəlb edildiyini, 100-dən çox materialın prokurorluğa göndərildiyini bildirib.

0
Bu gün / 14:02
|
244

Çökən körpünün təmiri niyə ləngiyir?

Bakı-Qazax yolunda çökən körpünün təmiri 43 gündür davam edir. Sürücülər yan yoldan istifadə edir. Rəsmi açıqlama: yaxın zamanda tamamlanacaq.

0
Bu gün / 13:31
|
357

Zabratda BYD "Prius"la toqquşdu - Video

Bakının Zabrat qəsəbəsində BYD avtomobili Toyota Prius ilə toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb. Video görüntülər sosial şəbəkələrdə yayılıb.

0
Bu gün / 12:31
|
629

Şəhid atası: "Oğlumu torpaq altında təsəvvür edə bilmirəm"

Şəhid Tural Şıxızadə III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edildi. Atası oğlunu torpaq altında təsəvvür edə bilmədiyi üçün məzarına getmir.

0
Bu gün / 12:30
|
946

Şabran sakini qazıntı işlərindən şikayətçidir

Şabran sakini Asif Əliyev evi yaxınlığında qazıntı işlərinə etiraz edir. Tikinti səbəbindən evdə çatlar, ağaclara ziyan dəydiyini iddia edir.

0
Bu gün / 11:31
|
941

Bakıda gəncin boğazı kəsildi, hotelə gəlib

Bakının Nərimanov rayonunda gənc oğlan boğazı kəsilmiş halda hotelə gələrək kömək istəyib. Hadisənin təfərrüatları araşdırılır.

0
...
Moldovada soydaşımız mer seçildi | Bond.az