Xaçmazın turizm bölgəsində sel sularının zədələdiyi yolda təmir işləri sürətlə davam edir. İstisu qəsəbəsi yaxınlığında çökən yolun bərpası üçün yeni suötürücü boru quraşdırılıb.
Agentlik məlumatına görə, 14 metr uzunluğunda, 2 metr hündürlüyündə və 3 metr enində suötürücü qurğu yenilənib. Ətraf möhkəmləndirildikdən sonra asfalt döşənəcək.
Təmir-bərpa işlərinin iyun ayı ərzində yekunlaşdırılması planlaşdırılır. Nabrana gedən sürücülər alternativ yollardan istifadə edirlər.












