"Əvvəl elə müəllimlər var idi ki, ərizəni, "müəllim", "qrup" sözlərini düzgün yazmırdılar. İndi belə müəllimlər yoxdur".
Oxu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2026: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, mövcud qanunvericiliyə əsasən, ikinci dövriyyədə 50 bal toplayan müəllimlərin əməkhaqqı 10% artacaq.
"Sertifikatlaşdırma prosesinin ikinci mərhələsi ilə bağlı müzakirələr davam edəcək. Biz elə suallar yazmalıyıq ki, nə birdən-birə müəllimlərin 25%-i kəsilsin, nə də asan suallar qoymamalıyıq ki, hamı yüksək bal toplasın. Bizim xeyli yaxşı müəllimimiz var, zəif müəllimlərin sayı azdır. İndi müəllimlərimizin bir-birindən fərqi çox azdır".












