Elm və təhsil naziri Emin Əmrullayev IX ADA Beynəlxalq Təhsil Konfransında çıxış edib.
O bildirib ki, rus bölməsində təhsilin keyfiyyətinin daha üstün olması sadəcə mifdir.
Nazir vurğulayıb ki, valideyni övladını hansı dildə tədrisə cəlb etməsi ilə bağlı yönləndirmək olmaz.
Azərbaycanda müxtəlif dillərdə tədris aparılan məktəblər var. Rusdilli məktəblərin mövcudluğu ölkənin keçmiş SSRİ tərkibində olması ilə bağlıdır.












