Rüfət Əhmədzadə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini təyin olunub. O, bu vəzifəyə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətində təyinat alıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Rüfət Əhmədzadə bundan əvvəl rayon icra hakimiyyətinin Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunun müdiri (baş memar) vəzifəsində çalışıb.












