Nəsimi rayonunda soyğunçuluq hadisəsi qeydə alınıb.
Zərərçəkən tanışlıq saytında qadınla görüşmək üçün təyin olunan ünvana gedib. Orada tanımadığı şəxslər onun telefonu və kartındakı 110 manatını talan ediblər.
Polis 22 yaşlı Məhəmməd Məmmədov, 20 yaşlı Zaur Həsənov və 22 yaşlı qadını saxlayıb. Onların digər soyğunlara da aidiyyəti müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam edir.












