Bakının Xətai rayonu, NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə ilə bağlı məlumat yayıb.
FHN-in "112" qaynar telefon xəttinə daxil olan xəbər əsasında dərhal yanğınsöndürənlər əraziyə cəlb olunub. Görülən tədbirlər sayəsində alovun ətraf əraziyə və tikililərə yayılmasının qarşısı alınıb.
Yanğın tamamilə söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.












