Prezident İlham Əliyevin siyasi iradəsi və Ordumuzun qəhrəmanlığı nəticəsində torpaqlarımız azad olundu.
Bu fikirləri açıqlamasında övladını Şuşanın Böyük Qaladərəsi kəndinə yola salan Səyyarə Xanəliyeva deyib.
O bildirib ki, 1992-ci ildə köçkün düşüb: "Bakıya gələndə ailədə 6 nəfər idik - dörd uşaq, mən və həyat yoldaşım. Oğullarımdan birinin beş yaşı var idi, indi öz ailəsi ilə qayıdır. Sevinirik, fəxr edirik. Sağ olsun hökumətimiz, bizə bu şəraiti yaradıb. Ordumuzun sayəsində torpaqlarımız azad edildi. Şükür Allaha, bu günləri görmək bizə nəsib oldu."
Atam şəhid olub, şəhid ailəsiyik. Sevinirəm, fəxr edirəm ki, övladlarımdan biri artıq azad olunmuş ərazilərə qayıdır. Bir daha Prezident İlham Əliyeva, Ordumuza təşəkkür edirəm.












