Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti "Olivia" kosmetika mağazalar şəbəkəsinin sahibi Həsən İsrafilzadə barəsində protokol tərtib edib.
Oxu.Az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə irəli sürülüb. Maddə yoxlamalara mane olmağa görə cərimə nəzərdə tutur.
Material əvvəlcə Binəqədi Rayon Məhkəməsinə göndərilib, sonra Xətai Rayon Məhkəməsinə ötürülüb.
Qeyd edək ki, 602.4-cü maddəyə əsasən, yoxlamaya mane olan vəzifəli şəxslər 1000-1500 manat cərimə edilir.












