Mayın 25-i saat 9:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidməti bildirir ki, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə yağıntılar intensiv və güclüdür.
Düşən yağıntının miqdarı Zərdabda 71, Şəkidə 69, Oğuzda 40, Qaxda 30 mm olub. Bakıda və Abşeronda 8 mm yağıntı qeydə alınıb.
Mayın 24-də Şəki rayonunun Baş Zəyzid kəndinə diametri 15-20 mm, Yardımlıya isə 21-25 mm dolu düşüb. Küləyin maksimal sürəti Şahdağda 20 m/s-ə çatıb.












