2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən üzərinə irəliləyəndə bütün dünya bunu 44 günlük bir müharibə kimi gördü. Biz isə bu 44 günün ardında 20 il ərzində həyata keçirilən hazırlıqları görürük.
Vətən müharibəsi qəhrəmanı Zaur Hüseynov Baku TV-yə müsahibəsində bildirib ki, bu zəfərə gedən yol təlimlərdən, zabitlərin zəhmətindən və əsgərlərin tökdüyü tərdən keçir. Bu gün müasir texnika, güclü döyüş ruhu ilə silahlanmış və vahid Komandanın rəhbərliyi altında güclənmiş bir Ordumuz var.












