Pakistanın iqlim dəyişikliyi və ətraf mühitin koordinasiyası üzrə federal naziri Musadik Masud Malik WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən tədbirdə çıxış edib.
O bildirib ki, bu gün dünyada nanotexnologiya, biotexnologiya və süni intellekt kimi inqilablar formalaşır. Lakin ən böyük inqilab elektrikləşmədir. Enerji olmadan bütün bu inqilablar nəticəsiz qalacaq.
Nazir enerjinin inkişafın, hərəkətliliyin, dolanışığın və mədəniyyətin mərkəzində olduğunu vurğulayıb. Bir çox ölkələrin günəş, külək və su kimi təbii sərvətlərə malik olduğunu bildirib.
Onun sözlərinə görə, bu mənbələr bir-birini tamamlayır: səhər günəş, axşam külək, üstəlik çaylar. Bunları yaradıcılıqla birləşdirsək, güclü bir sistem əldə edə bilərik.












