Bakının Nizami rayonunda yolun çökməsi nəticəsində təhlükəli vəziyyət yaranıb. Hadisə oktyabrın 22-də gecə saat 3 radələrində güclü yağış və sel səbəbindən baş verib.
Həsənağa Turabov 4A ünvanında ictimai yolun bir hissəsi uçub. Sakinlər dəfələrlə BŞİ, Nizami RİH və FHN-ə müraciət etsələr də, nəticə yoxdur.
Yol həm nəqliyyat, həm də piyadalar üçün təhlükə mənbəyidir. Məsələ ilə bağlı sorğu verilib.












