Bakının bir neçə rayonunda qaz təchizatında fasilə yaranacaq.
“Azəriqaz” İB-dən verilən məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar 10 iyun saat 10:00-dan işlər bitənədək qaz kəsiləcək.
Fasilə Binəqədi rayonunun Sulutəpə və Xocasən qəsəbələrini, Suraxanı rayonunun “MİDA” yaşayış kompleksini, Nəsimi rayonunun Azadlıq prospektini, M.Qaşqay, Ə.Qasımzadə, S.Rüstəm, S.Zeynalov, M.Rəfili, M.Kaveroçkin, V.Plotnikov, S.Əsgərova, S.Rəhimov, A.Bakıxanov, E.Tağızadə və İ.Həmidov küçələrini əhatə edir.












