Baş nazir Əli Əsədovun qərarı ilə peşə təhsili ixtisasları üzrə illik xərclər müəyyənləşib.
Nazirlər Kabinetinin qərarına əsasən, yeni ixtisaslar üzrə təhsil haqları təsdiqlənib. Ən yüksək xərclər mexatronika (2 710 manat), elektrik və hibrid avtomobillərin texniki qulluğu (2 710 manat) və elektrik sayğacları texniki (2 580 manat) üzrədir.
Digər ixtisaslardan alternativ enerji qurğuları (2 470 manat), dron təmiri (2 390 manat) və suvarma maşınları (2 388 manat) diqqət çəkir.
Daha ucuz ixtisaslar arasında avtomobil nəqliyyatı operatoru (1 280 manat), kargüzarlıq mütəxəssisi (1 340 manat) və satınalmaların təşkili (1 340 manat) var.












