Sabah saat 09:30-dan Tovuz rayonunun Dönük Qırıqlı kəndində qaz təchizatı dayandırılacaq.
Bu barədə Şəmkir regional Qaz İstismar İdarəsi məlumat yayıb. Fasilə payız-qış mövsümünə hazırlıqla bağlıdır.
Saat 10:00-dan Qəbələ rayonu Bum qəsəbəsi, Həmzəlli və Qəmərvan kəndlərində qaz kəsiləcək.
Zaqatala regional Qaz İstismar İdarəsi bildirib ki, bu da mövsümi hazırlıq işləridir.
Saat 11:00-dan Zaqatala rayonu Muxax kəndinin bir hissəsində təmir-quraşdırma işləri səbəbindən qaz təchizatı müvəqqəti dayandırılacaq.












