Gəncə Apellyasiya Məhkəməsi Tovuzda qadını yandırıb öldürməkdə təqsirləndirilən Röyal Tağıyevin barəsində olan hökmdən verilən apellyasiya şikayətini təmin etməyib.
Beləliklə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 9 il həbs cəzası qüvvədə qalıb.
Röyal Tağıyev Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham olunub, lakin o, özünü təqsirli bilməyib. İddiasına görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.
O, sevgilisi Türkanə Məmmədovadan ayrılmaq istədiyini, qadının son görüş təkid etdiyini deyib. Görüş zamanı Türkanə öz üzərinə benzin töküb, Röyal isə siqaret yandırarkən alovlanma baş verib.
Röyal hadisədən sonra alovu söndürdüklərini və xəstəxanaya apardıqlarını bildirib. Məhkəmə isə onu təqsirli bilib.












