Milli Məclisin deputatı Əli Məsimli qadınların pensiya yaşının 65-dən 60-a endirilməsini təklif edib.
O, qeyd edib ki, Azərbaycanda qadınlar üçün pensiya yaşı 65-dir və bu, MDB ölkələri arasında ən yüksək göstəricidir.
Deputat həmçinin çoxuşaqlı ailə konsepsiyasının dəyişdirilməsini təklif edib. Hazırda 5 uşağı olan ailələr çoxuşaqlı sayılır. Bu hədd 3-ə endirilərsə, analar 5 il tez pensiyaya çıxa bilər.












