Birinci Qarabağ müharibəsinin daha 6 itkin-şəhidi ailələrinə təhvil verilərək dəfn olunacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Dəfn mərasimləri yaxın günlərdə keçiriləcək. Komissiya itkin-şəhidlərin kimliklərinin müəyyən edildiyini bildirib.












