Qəbələ şəhərində Sura Kərimova küçəsində təbii qaz təchizatında müvəqqəti fasilə yaranıb.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, diametri 108 mm olan qaz xəttində sızma aşkarlanıb.
Bu səbəbdən saat 10:15-dən etibarən həmin küçədə qaz kəsilib. Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq.












