Mart-aprel yağışları Qubada fəsad törədib. Əspərəsti kəndinə gedən yol yararsız hala düşüb. Nəqliyyat hərəkəti məhdudlaşıb, sakinlər çətin durumda qalıb.
Sakin: "70 ev, 700 nəfər yaşayır. Xəstə var, amma təcili yardım maşını gələ bilmir".
İcra nümayəndəsi Fərman Tahirov: "Rayon icra hakimiyyətinə və fövqəladə hallar komissiyasına müraciət olunub. Monitorinq qrupu əraziyə baxış keçirib, körpünün bərpası üçün işlər başlayıb".












