Qurban bayramına sayılı günlər qalıb. Paytaxt və bölgələrdə qurbanlıq heyvan satışına hazırlıq işləri sürətlənib.
Oxu.Az heyvan bazarında qiymətləri analiz edib. Binə və Şüvəlan qəsəbəsində qoyunun diri çəkisi 11 manat, kəsimi isə 22 manatdır. Dana diri 9 manat, kəsimi 18 manatdır.
Regionlarda qiymətlər daha münasibdir. Şamaxı, Ağsu, İsmayıllı, Qobustan, Ağdaş, Göyçay, Kürdəmirdə qoyun diri 10 manat, kəsimi 20 manatdır. Dana diri 8.50 manat, kəsimi 17 manatdır.












