Bakıda "Range Rover" markalı avtomobildən 11 min manat oğurlayan şəxs məhkum edilib.
Hadisə Abşeron rayonunda baş verib. Sahibkar restoranda yemək yeyib, spirtli içki qəbul etdikdən sonra evə getmək istəyib. Onun tanışı Röyal Abbasov ayıq sürücü qismində onu evinə aparıb.
İstintaq müəyyən edib ki, Abbasov avtomobildən 3 500 ABŞ dolları və 5 050 manat olmaqla, ümumilikdə 11 min manat oğurlayıb. O, bu əməli borclarını ödəmək üçün etdiyini bildirib.
Məhkəmə zərərin tam ödənildiyini nəzərə alaraq, Abbasovu 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib. O, cəzasını elektron qolbaq altında çəkəcək.












